23 nəfəri gün vurub 

13:57 19.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu mövsümdə Təcili Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 23 çağırış daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin şəxslərdən 10-u qadın, 13-ü kişi olub:

“Ümumi günvuranlardan 2 nəfərini uşaqlar təşkil edib. Müraciət edənlərin 15 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib”.